5

dekabr 2, 2014 2:40 Published by Leave your thoughts

Bakı Gəmiqayırma Zavodunda Altıncı Nəsil Yarımdalma Qazma Qurğusunun pantonları suya salınıb.

Bu münasibətlə təşkil olunan tədbirdə çıxış edən Bakı Gəmiqayırma Zavodunun baş meneceri Keyci Lam sifarişin yüksək səviyyədə icra olunduğunu bildirib və pantonların sifarişçilərinə minnətdarlıq edib.

Daha sonra Azərbaycan Respublikasının Dövlət Neft Fondunun və Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin nümayəndələrinin, həmçinin Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC”-nin sədri Rauf Vəliyevin iştirakı ilə pantonlar suya salınıb.

Altıncı Nəsil Yarımdalma Qazma Qurğusunun pantonları zavodun ilk sifarişlərindəndir. İnşası başa çatdırılan pantonların uzunluğu 106 metr, eni 18 metr, hündürlüyü 9 metrdir.

Qeyd etmək lazımdır ki, Bakı Gəmiqayırma Zavodu 10 may 2011-ci il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Azərbaycan İnvestisiya Şirkəti və Sinqapurun “Keppel Offshore and Marine Ltd.” şirkəti tərəfindən yaradılmış və Xəzər dənizində gəmiqayırma, eləcə də gəmi təmiri üzrə ən müasir texniki tələblərə cavab verən birgə müəssisədir.

Categorised in:

This post was written by rigs_admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *