Azərbaycanda davam edən sürətli iqtisadi inkişaf və neft-qaz sənayesində həyata keçirilən yeni layihələrlə bağlı müasir qazma qurğularına yaranmış tələbatı nəzərə alaraq, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə məxsus “Kaspian Drilinq Kompani Ltd.” MMC və “Keppel Offshore & Marine Ltd.” şirkətləri arasında Xəzər dənizində 6-cı nəsil yarımdalma qazma qurğusunun tikintisi üçün 4 iyun 2013-cü il tarixində müvafiq müqavilələr imzalanmışdır.

Layihənin iqtisadi əhəmiyyətini nəzərə alaraq, onun maliyyələşdirilməsi Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə və Azərbaycan Respublikası Dövlət Neft Fonduna tapşırılmışdır. Müvafiq olaraq onlar bu məqsəd üçün yaradılmış “Azerbaijan Rigs” MMC şirkətinin təsisçiləri olmuşlar. Hər iki təsisçinin dəstəyi ilə və dövlət vəsaiti hesabına həyata keçirilən layihənin maliyyə səmərəliliyini təmin etmək “Azerbaijan Rigs” MMC-nin əsas vəzifələrindən biri kimi müəyyən edilmişdir.

PARTNYORLAR

  • SOCAR
  • ARDNF
  • csc-ltd
  • Caspian Drilling Company
  • Caspian Rigbuilders
  • mhwirth
  • Wood Group Mustang
  • cameron
  • tts-nmf
  • wartsila
  • intercontact corporation

Tikintisinə 17 iyul 2013-cü il tarixində başlanılmış 6-cı nəsil yarımdalma qazma qurğusu Keppel şirkətinin DSS38M modelinə əsasən dizayn edilib. Qurğu dənizin 1000 metrədək dərinliklərində və 12 min metrədək qazma işlərini həyata keçirmək imkanına malikdir. Onun suyadalma hissəsinin 7 metrdən az olması onun sahilə yaxınlaşmasını asanlaşdırır.

Yeni qazma qurğusunda 160 nəfərlik heyətin sərbəst və təhlükəsiz işləməsi üçün müvafiq şəraitin yaradılmış və fəaliyyətinin Azərbaycanın perspektiv strukturlarında qazma işlərinin aparılmasına yönəldilməsi planlaşdırmışdır. Qurğunun tikintisi 2018-ci ilin 4-cü rübündə bitirilmişdir.

&signed_in=true">

Ünvan

Çinar Plaza, 21-ci mərtəbə
Heydər Əliyev pr. 152
Bakı AZ1029, Azərbaycan

+99412 311 16 62

Bizimlə Əlaqə

* Lütfən lazım olan məlumatı qeyd edin.