22

iyun 9, 2021 11:56 Published by

“AZERBAIJAN RIGS” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ Razılaşdırılmış Prosedurların əlaqəli Xidmətlər üzrə Beynəlxalq Standartlara uyğun olaraq həyata keçirilməsi üzrə xidmətlərin satınalınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Xidmətləri həyata keçirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə yalnız Azərbaycan Respublikasında audit sahəsində azı 5 il (tender haqqında elanın dərc edildiyi tarixədək) fasiləsiz fəaliyyət göstərən şirkətlər iştirak edə bilər.

Tenderdə iştirak etmək istəyənlər 50 (əlli) manat məbləğində iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra dövlət satınalmalarının https://www.etender.gov.az vahid internet portalından tenderin əsas şərtlər toplusunu və digər məlumatı əldə edə bilərlər.

H/H: AZ90IBAZ40060029441112555120

VÖEN 1402550251

Bank: ABB” ASC, Müştəri Xidməti Departamenti

Kodu: 805250

VÖEN: 9900001881

M/H: AZ03NABZ01350100000000002944

S.W.İ.F.T: IBAZAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

tenderdə iştirak etmək üçün yazılı müraciət (tender komissiyasının adına);

tenderdə iştirak haqqının ödənilməsi barədə sənəd;

tender təklifi (zərflərin açıldığı tarixdən sonra azı 30 bank günü qüvvədə olmalıdır);

tender təklifinin dəyərinin bir faizi həcmində bank təminatı (tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır);

son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

Azərbaycan Respublikasında dövlət qeydiyyatı haqqında sənədinin surəti;

VÖEN-i, bank rekvizitləri və əlaqə telefonları.

İddiaçılar sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 14 iyul 2021-ci il, tender təklifi və bank təminatını isə 26 iyul 2021-ci il tarixlərindən gec olmayaraq dövlət satınalmalarının vahid internet portalı vasitəsilə təqdim etməlidirlər.

Elektron satınalmanın açılması 28 iyul 2021-ci il saat 12.00-da dövlət satınalmalarının vahid internet portalında olacaqdır.

TENDER KOMİSSİYASI

Tel: +994 12 521 34 60

Categorised in:

This post was written by rigs_admin

Comments are closed here.