8

iyul 16, 2015 11:56 Published by Leave your thoughts

DSS38M modelinə əsasən hazırlanmış yeni 6-cı Nəsil Yarımdalma Qazma Qurğusu Xəzər dənizinin sərt mühit şəraitinə uyğunlaşdırılmış və səmərəli yükdaşımanı təmin edən iki (2) SWL 85t-luq TTS NMF elektro-hidravlik dəniz kranına malik olacaq.

“Kaspian Drillinq Kompani Limited” MMC və “TTS NMF GmbH” şirkətləri arasında bağlanmış müqaviləyə Almaniyanın Hamburq şəhərində yerləşən “TTS NMF GmbH” şirkətinin tərsanəsində həyata keçirilən geniş əhatəli sınaq testləri də daxildir. 2015-ci ilin iyun və iyul aylarında baş tutan və tikintisi tamamilə başa çatmış iki kranın sınaq testlərində “Kaspian Drillinq Kompani Limited” MMC və “Azerbaijan Rigs” MMC-nin nümayəndələri də iştirak ediblər. Həyata keçirilmiş sınaq testlərinə qəza dayandırma sistemi, qaldırma, çevirmə və həmçinin, sürət testləri, müxtəlif qaldırma rejimləri, artıq yük testləri daxil olmuşdur. Sınaq testləri “ABS Class” nümayəndələrinin müşayiəti ilə həyata keçirilmişdir.

Yarımdalma Qazma Qurğuya kranların son quraşdırma və istismara buraxılma işlərinə 2015-ci il oktyabr ayında kranların Bakıya çatdırılmasından sonra başlanılacaq.

Satış meneceri Marc-Laurence Mühlenbeck bildirir: “TTS NMF iki yüksək keyfiyyətə malik dəniz kranını vaxtında yetişdirməkdən və Almaniyada yerləşən tərsanəmizdə keçirilən sınaqlar vasitəsilə kranların inkişaf etmiş funksionallığını sübut etməklə “Kaspian Drillinq Kompani Limited” MMC şirkətinin peşəkar dəstəyi və inamını qazanmaqdan çox məmnundur. Biz orta ölçülü dəniz kranı müqaviləsi ilə nümayiş etdik ki, innovativ məhsullar istehsal edə bilərik və gəmi sahibinin və operatorun ehtiyaclarına xidmət edəcək yüksək keyfiyyətli kranların çatdırılmasını səbirsizliklə gözləyirik.”

“TTS NMF GmbH” şirkəti Almaniyanın Hamburq şəhərində yerləşir. Şirkətin 120 əməkdaşı daimi şəkildə xüsusi kranların layihələşdirilməsi, dizaynı və tikintisi baxımından öz bacarıqlarını və bu işdə mükəmməliklərini vurğulayırlar. TTS NMF öz sənaye bazarında SWL 50t-dan başlayaraq SWL 1500t-dək yük və dəniz kranlarının müxtəlif çeşidlərini təklif edir. O, ixtisaslaşdırılmış gəmi və platformalar üçün xüsusi postament və dairəvi kranların hazırlanıb inkişaf etdirilməsinə xüsusi diqqət yetirir.

Categorised in:

This post was written by rigs_admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *