1

iyun 4, 2013 2:59 Published by Leave your thoughts

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Kaspian Drillinq Kompani Limited” MMC və “Keppel Offshore and Marine LTD.”şirkətləri arasında Xəzər dənizində Altıncı Nəsil Yarımdalma Qazma Qurğusunun tikintisi üzrə əldə edilmiş anlaşmaya əsasən Bakı Sərgi Mərkəzində açılan XX “Beynəlxalq Xəzər neft və qaz, neftayırma və neft kimyası” sərgisi çərçivəsində tərəflər arasında sənədlərin imzalanması mərasimi keçirilmişdir. Anlaşma çərçivəsində “Kaspian Drilinq Kompani Limited” MMC şirkəti ilə qurğunun dizayn və mühəndislik işləri üçün “Keppel Offshore & Marine LTD.”nin 100 faiz törəmə müəssisəsi olan “Caspian Rigbuilders PTE. LTD.” şirkəti arasında, qurğunun tikintisinin həyata keçirilməsi üçün isə “Kaspian Şipyard Kompani” MMC şirkəti arasında müqavilə imzalanmışdır.

Mərasimdə bildirilmişdir ki, dənizin 1000 metrədək dərinliklərində qazma işləri aparmaq qabiliyyətinə malik qurğu 12192 (on iki min yüz doxsan iki) metrlik qazma işi həyata keçirə biləcək. Qurğu dənizin 800 metr dərinliyinə kimi əlavə dəstək olmadan qazma işləri aparmaq gücünə malik olacaqdır. Qurğu həmçinin, Xəzər dənizinin ekologiyasının çirklənmə ehtimalına qarşı dünya standartlarına uyğun bütün qabaqlayıcı avadanlıqlarla təmin ediləcəkdir.

Qurğunun tikintisinin 41 ay ərzində başa çatdırılacağı və 2016-cı ilin 4-cü rübündə təhvil veriləcəyi nəzərdə tutulur.

Categorised in:

This post was written by rigs_admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *