Apr 7, 2024
21
"Azerbaijan Rigs" MMC tərəfindən keçirilən könüllü tibbi sığorta xidmətlərinin satın alınmasına dair tenderdə "A-Qroup" ASC qalib elan olunub və onunla satınalma müqaviləsi imzalanıb.
Jun 9, 2021
22
"AZERBAIJAN RIGS" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ Razılaşdırılmış Prosedurların əlaqəli Xidmətlər üzrə Beynəlxalq Standartlara uyğun olaraq həyata keçirilməsi üzrə xidmətlərin satınalınması məqsədilə AÇIQ TENDER ELAN EDİR
Xidmətləri həyata keçirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə yalnız Azərbaycan Respublikasında audit sahəsində azı 5 il (tender haqqında elanın dərc edildiyi tarixədək) fasiləsiz fəaliyyət göstərən şirkətlər iştirak edə bilər.
Tenderdə iştirak etmək istəyənlər 50 (əlli) manat məbləğində iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra dövlət satınalmalarının https://www.etender.gov.az vahid internet portalından tenderin əsas şərtlər toplusunu və digər məlumatı əldə edə bilərlər.
H/H: AZ90IBAZ40060029441112555120
VÖEN 1402550251
Bank: ABB" ASC, Müştəri Xidməti Departamenti
Kodu: 805250
VÖEN: 9900001881
M/H: AZ03NABZ01350100000000002944
S.W.İ.F.T: IBAZAZ2X
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
tenderdə iştirak etmək üçün yazılı müraciət (tender komissiyasının adına);
tenderdə iştirak haqqının ödənilməsi barədə sənəd;
tender təklifi (zərflərin açıldığı tarixdən sonra azı 30 bank günü qüvvədə olmalıdır);
tender təklifinin dəyərinin bir faizi həcmində bank təminatı (tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır);
son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
Azərbaycan Respublikasında dövlət qeydiyyatı haqqında sənədinin surəti;
VÖEN-i, bank rekvizitləri və əlaqə telefonları.
İddiaçılar sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 14 iyul 2021-ci il, tender təklifi və bank təminatını isə 26 iyul 2021-ci il tarixlərindən gec olmayaraq dövlət satınalmalarının vahid internet portalı vasitəsilə təqdim etməlidirlər.
Elektron satınalmanın açılması 28 iyul 2021-ci il saat 12.00-da dövlət satınalmalarının vahid internet portalında olacaqdır.
TENDER KOMİSSİYASI
Tel: +994 12 521 34 60
Feb 5, 2021
20
"Azerbaijan Rigs" MMC Razılaşdırılmış Prosedurların həyata keçirilməsi xidmətlərinin satınalınması məqsədilə Xidmət Təklifləri Sorğusu elan edir. Sənədlər 25 fevral 2021-ci il saat 17.00-dək Cəmiyyətin Bakı AZ1029, Heydər Əliyev prospekti 121,SOCAR Tower, 4-cü mərtəbə ünvanında yerləşən ofisinə təqdim olunmalıdır.
Xidmət Təklifləri Sorğusunu əldə etmək üçün əlaqə telefonu: 050-230-04-78

Oct 30, 2020
19
“Azerbaijan Rigs” MMC-nin əməkdaşları öz əmək haqlarından işğal altında olan torpaqlarımızın azad olunması uğrunda mübarizə aparan müzəffər Azərbaycan Ordusuna dəstək məqsədilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna fərdi qaydada ianə ediblər
Feb 23, 2018
18
Qurğu 23 fevral 2018-ci il tarixində qazma işlərinə başlamaq üçün SOCAR-ın “Caspian Drilling” Şirkətinin dəniz təchizat və logistika bazasından dənizə yollanıb. Azerbaijan Rigs MMC-yə məxsus və operatoru Caspian Drilling Company olan Qurğu SOCAR (50%) və Total (50%) şirkətlərinin pay sahibi olduğu Abşeron qaz yatağında qazma işlərini yerinə yetirəcək. Abşeron yatağının işlənməsinə dair razılıq 27 fevral 2009-cu il tarixində imzalanıb.
Qeyd etmək lazımdır ki, ABX-2 quyusunda qazma işləri tamamlandıqdan sonra, Qurğu Abşeron yatağından ilk qazı istehsal edəcək ABD001 quyusunu qazacaq.

Jan 23, 2018
17
“Heydər Əliyev” Yarımdalma Qazma Qurğusuna baxış həyata keçirilib.
23 yanvar 2018-ci il tarixində Qurğunun sahibi “Azerbaijan Rigs” MMC-nin, onun səhmdarlarının və auditoru “PricewaterhouseCoopers Audit Azerbaijan” MMC-nin nümayəndələrinin iştirakı ilə Qurğuya baxış səfəri təşkil olub. Ziyarətçilər tikintisi yekunlaşmış və yaxın zamanda mobilizasiya işlərinin başlanacağı Qurğuda quraşdırılmış üçüncü tərəf avadanlıqları, müxtəlif məqsədli otaqlar, sistemlər və helikopter meydançası ilə bağlı məlumatlandırılıblar.
Qeyd olunmalıdır ki, Qurğunun fevral ayında limanı tərk edəcəyi gözlənilir.

May 18, 2017
16
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qaradağ rayonunda, SOCAR-ın “Caspian Drilling” Şirkətinin dəniz təchizat və logistika bazasında Heydər Əliyev yarımdalma qazma qurğusunun açılış mərasimində iştirak edib. Dövlət başçısı qurğunun məxsus olduğu “Azerbaijan Rigs” MMC-nin səhmdarları olan Dövlət Neft Fondunun İcraçı direktoru Şahmar Mövsümov və Dövlət Neft Şirkətinin Prezidenti Rövnəq Abdullayev tərəfindən müşayiət olunub.
Prezident İlham Əliyev ölkəmizdə həyata keçirilən yeni neft-qaz layihələri ilə əlaqədar yaranmış tələbatı nəzərə alaraq Xəzər dənizində 6-cı nəsil yarımdalma qazma qurğusunun yaradılması haqqında göstəriş verib və bu layihənin icrasını daim dəstəkləyib.
Qurğunun tikintisi 2013-cü il iyunun 4-də “Caspian Drilling” və Sinqapurun “Keppel FELS” şirkətləri arasında podrat müqaviləsi çərçivəsində aparılıb. Keppelin “Caspian Rigbuilders PTE ltd” şirkəti layihənin dizayn və mühəndislik işlərini apardığı halda, qurğunun tikintisi Caspian Shipyard Company tərəfindən həyata keçirilib. Layihənin iqtisadi əhəmiyyəti nəzərə alınaraq, maliyyələşmənin Dövlət Neft Fondu (90 %) və SOCAR (10%) tərəfindən icra edilib. 2013-cü il sentyabrın 20-də - Neftçilər Günündə Prezident İlham Əliyevin iştirakı ilə baş tutmuş Bakı gəmiqayırma zavodunun açılışında qurğunun aşağı üzən gövdəsinin – pantonlarının inşasına başlanılıb. Qurğunun tikintisi 2017-ci ilin mayında tam yekunlaşıb. Ümumi uzunluğu 106,5 m, eni 69,5 m, hündürlüyü isə 130 metr olan qurğunun ümumi çəkisi 26,000 tondur. Dənizdə suyun 1,000 metr dərinliyə qədər hissələrində qazma əməliyyatları həyata keçirə bilən qurğu ilə qazılacaq quyunun maksimal dərinliyi 12,000 metrdir.
Dövlət başçısı yarımdalma qazma qurğusunun yaşayış blokunda da oldu. Burada ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə həyata keçirdikləri neft strategiyasından bəhs edən fotostend var. Yaşayış blokunda ofis, yataq, istirahət və kompüter otaqları yaradılıb. Blok yeməkxana, camaşırxana, idman otaqları, kinoteatr, kitabxana və konfrans zalı ilə də təchiz olunub.
Heydər Əliyev yarımdalma qazma qurğusu dünyada 1,400 atmosfer sistemi texnologiyasına sahib olan ilk və yeganə qurğudur. Onun yükgötürmə qabiliyyəti 10,160 mt, tam tutumu isə 31,602 tondur. Qurğuda 160 nəfər işçi heyəti çalışa bilər. Altıncı nəsil yarımdalma qazma qurğusunun tikintisində 2,400-ə yaxın insan çalışıb ki, onların da təxminən 80 faizi Azərbaycan Respublikasının vətəndaşları olub.

Mar 7, 2017
15
6-cı nəsil Yarımdalma Qazma Qurğusunun tikintisinə növbəti baxış həyata keçirilib.
7 mart 2017-ci il tarixində baş tutan “Kaspian Şipyard Kompani”nin tərsanəsində tikintisi yekunlaşmaq üzrə olan qurğuya baxış səfərində Layihənin səhmdarlarından biri olan Azərbaycan Respublikası Dövlət Neft Fondu və qurğunun sifarişçisi “Azerbaijan Rigs” MMC-nin nümayəndələri iştirak ediblər.Nümayəndə heyəti qurğuda gedən tamamlanma işləri və quraşdırılmış hissələrin iş rejiminə dair məlumatlandırılıb.
Vurğulamaq lazımdır ki, qurğunun tikintisinin 2017-ci ilin ikinci rübündə yekunlaşması gözlənilir.

Dec 13, 2016
14
Yeni nəsil Yarımdalma Qazma Qurğusuna daha bir baxış həyata keçirilib.
“Kaspian Şipyard Kompani” MMC-nin tərsanəsində tikintisi yekunlaşmaq üzrə olan Qazma Qurğusuna 13 dekabr 2016-cı il tarixində baş tutan növbəti baxış səfərində Azərbaycan Respublikası Dövlət Neft Fondu, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, “Azerbaijan Rigs” MMC və “PricewaterhouseCoopers Audit Azerbaijan” MMC-nin nümayəndələri iştirak ediblər. Nümayəndələr Qazma Qurğusunun tikintisi, quraşdırılmış avadanlıqlar və Qurğunun istifadəyə verilməsindən sonra burada çalışacaq işçi heyətin istifadəsi üçün nəzərdə tutulmuş müxtəlif təyinatlı otaqlar barədə məlumatlandırılıblar.
Vurğulamaq lazımdır ki, Qazma Qurğusunun tikintisinin 2017-ci ilin əvvəlində yekunlaşması gözlənilir.

Feb 10, 2016
13
Yeni Nəsil Yarımdalma Qazma Qurğusunun tikintisinə baxış həyata keçirilib.
10 fevral 2016-cı il tarixində Azərbaycan Respublikası Dövlət Neft Fondu, “Azerbaijan Rigs” MMC və “PricewaterhouseCoopers Audit Azerbaijan” MMC-nin nümayəndələri “Kaspian Şipyard Kompani” şirkətinin tərsanəsində Qazma Qurğusunu gəzərək tikinti prosesinin gedişi və quraşdırılmış avadanlıqlar haqda məlumat əldə ediblər.
Qeyd etmək lazımdır ki, tikintinin cari ildə tamamlanması gözlənildiyi üçün artıq belə baxışların daha tez-tez həyata keçiriləcəyi bildirilir.